Mayın 7-si saat 11:00-da Naxçıvan şəhərindəki “Böyük bağ” adlanan istirahət parkında start götürəcək layihədə müxtəlif yaş qrupları üzrə (6 yaş - 60+ yaş) təyin olunmuş normativ tələblərin – hərəkətlər toplusunun yerinə yetirilməsi nəzərdə tutulur. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır.
Layihənin normativ tələblərinə müxtəlif yaş qruplarını əhatə edən insanların sürət, dözümlülük, güc, çeviklik imkanlarının müəyyənləşdirilməsi üzrə hərəkətlər daxil edilib. Layihəyə 6 yaşdan yuxarı hər kəs iştirakçı qismində qoşula bilər.